!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid polkovnikin anası: “Tabutun içində nəşinə baxanda gördüm ki...” - VİDEOMÜSAHİBƏ

!Reklam – Yazi

Tanınmış jurnalist Sara Safuranın təqdimatında “Zəfər yolu” adlı layihənin növbəti buraxılışı Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi Rəşad Rəşid oğlu Quliyevə həsr olunub.

Yenicag.az-ın qonağı olan şəhidin anası Mətanət Quliyeva oğlunun keçdiyi şərəfli döyüş yolu barədə danışıb, xatirələrini dilə gətirib.

Qeyd edək ki, Rəşad Quliyev 1983-cü il sentyabrın 23-də Xətai rayonunda Rəşid və Mətanət Quliyevlərin ailəsində anadan olub.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Rəşad Quliyev 2020-ci il sentyabrın 27-də Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüş yoldaşları tərəfindən “Canavar” ləqəbini qazanıb. O, oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən Rəşad Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”,”Qubadlının azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildib.

Daha ətraflı videonu təqdim edirik:

Cəvahir
Cavid

www.yenicag.az

837
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv