Şəhid qardaşının arvadını öldürən şəxsin məhkəməsi başlayır

Xızıda qardaşının arvadını boğub öldürməkdə təqsirləndirilən Taleh Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Yenicag.az APA-ya istnandən xəbər verir ki, cinayət işi materialları məhkəməyə göndərilib. Cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılacaq.

Taleh Qurbanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, öldürülən Ləman Qurbanova 2022-ci ilin sentyabr ayında Ermənistanın təxribatının qarşısını alarkən şəhid olmuş kapitan Saleh Qurbanovun həyat yoldaşıdır. Ləman Qurbanovanı öldürməkdə təqsirləndirilən Taleh Qurbanov şəhidin qardaşıdır.

Hadisə mayın 13-ü saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlində qeydə alınıb.

Həmin gün 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə şübhəli şəxs qismində saxlanılan Taleh Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.