Vətən müharibəsində şəhid olmuş hərbçi Təbriz İbrahimovun dəfn mərasimi keçirilir.
Yenicag.az xəbər verir ki, şəhid hərbçinin nəşi dəfn olunmaq üçün II Fəxri xiyabana gətirilib.
Mərasimdə Müdafiə Nazirliyinin təmsilçiləri, hərbçilər, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edir.
Şəhid hərbçi ilə anadan olduğu Salyan rayonunun Çadırlı kəndində dünən vida mərasimi keçirilib. Daha sonra şəhidin nəşi dəfn olunmaq üçün Bakıya gətirilib.
Qeyd edək ki, T.İbrahimov 1992-ci il oktyabrın 8-də Salyan rayonunun Çadırlı kəndində anadan olub.
O, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb.
T.İbrahimov sonuncu dəfə ötən ilin sentyabrın 28-də ailəsi ilə əlaqə saxlayıb. O, Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə itkin düşüb. İki gün əvvəl onun nəşi tapılıb.