Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinin və müharibə iştirakçılarının, erməni terrorundan zərər çəkən mülki şəxslərin və onların ailə üzvlərinin sosial dəstəklə təmin edilməsi tədbirlərini həyata keçirir. Bu tədbirlər çərçivəsində onların aktiv məşğulluqla əhatə olunmasına artıq başlanılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən son günlərdə həmin kateqoriyalardan olan 500-dən çox şəxsin məşğulluğuna və özünüməşğulluğuna dəstək işləri aparılıb.