!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Şəhid xanımlarına psixoloji dəstək və təhsil imkanlarının yaradılması” layihəsinin yekun tədbiri keçirildi - VİDEO

!Reklam – Yazi

Bu gün Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şəhid xanımlarına psixoloji dəstək və təhsil imkanlarının yaradılması” layihəsinin yekun tədbiri keçirilib.

Yenicag.az xəbər verir ki, icra müddəti 3 ay olan və Bakıda keçirilən layihənin məqsədi şəhid xanımlarının həyata baxışını müsbətə yönəltmək, psixoloji dözüm səviyyəsini yüksəltmək, bu həyata adaptasiyalarını, ictimai aktivliyini təmin etmək və onlara təhsil imkanları yaratmaqdan ibarətdir. Birliyin layihə çərçivəsində şəhid xanımları üçün təşkil etdiyi psixoloji təlim, konsultasiya və terapiyalar, eləcə də peşə ixtisas kursları da keçirilib.

Layihəyə 15-dən çox şəhid xanımı qoşulub. Onların arasında Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Rəşad Abdullayevin, Xüsusi Təyinatlı Qüvvələrin zabiti, şəhid kapitan Elçin İsmayılovun, şəhid mayor Emin Süleymanovun, şəhid polkovnik-leytenant Mehman Şirvanovun, şəhid leytenant Ayaz İmanzadə, şəhid, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin miçmanı Mirzə Axundovun, şəhid mayor Sənan Zamanovun, şəhid Xəqani Əskərovun, xüsusi təyinatlı şəhid Tural Qurbanovun, İbrahim Hüseynlinin, Həsən Həsənovun və digər Vətən müharibəsi şəhidlərinin xanımları olub.

“Şəhid xanımlarına psixoloji dəstək və təhsil imkanlarının yaradılması” layihəsi çərçivəsində keçirilən tədbirdə Tovuz istiqamətində gedən döyüşlərlərdə şəhid olan general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, şəhid leytenant Nurlan Həsənovun anası Həqiqət xanım, şəhid Davud Qurbanovun anası Qənirə Hacıyeva, şəhid Rövşən İsmayılovun anası Təranə Hüseynova iştirak edərək öz çıxışları ilə şəhid ailələrinə mənəvi dəstək nümayiş etdiriblər. Tədbirdə şəhid anaları, ailələri ilə yanaşı, ictimaiyyət nümayəndələri və layihənin təlimçiləri də iştirak ediblər.

Qeyd edək ki, layihənin rəhbəri Birliyin sədri Sevinc Fədaidir.

Gülşən Şərif

www.yenicag.az

1200
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv