Şəhid ziyarətinə gələnlər qəzaya düşdü – 5 ölü

sehitlik_ziyaretinde_5321Türkiyədə insan ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, Çanakkaledə şəhid ziyarəti üçün kəndə gələnləri daşıyan avtobus qəzaya uğrayıb. Nəticədə 5 nəfər vəfat edib, 32 nəfər yaralanıb.

Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.