Şəhidimiz bu gün dəfn ediləcək – FOTO

Ötən gün düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin əsgəri, 1996-cı il təvəllüdlü Paşazadə Orxan Nazim oğlu bu gün Cəlilabad rayonunun Cəfərxanlı kəndi qəbiristanlığında dəfn ediləcək.

Yenicag.az xəbər verir ki, martın 6-da şəhidlə ailəsinin yaşadığı kənddə vida mərasimi keçiriləcək.

Mərasimdən sonra şəhid kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Hazırda şəhidin nəşi doğulduğu kəndə aparılır.