Azərbaycan Ordusunun aprelin 4-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minaya düşən əsgəri Bayramov İlkin Bayram oğlu şəhid olub.
Yenicag.az xəbər verir ki, hadisə nəticəsində ağır yaralanaraq komaya düşən hərbi qulluqçu bu gün müalicə aldğı xəstəxanada vəfat edib.
Qeyd edək ki, ötən gün də 6 aydır koma vəziyyətində olan Səbuhi Hüseynli şəhidlik zirvəsinə ucalmışdı.
Allh rəhmət etsin!