Şəhidimizin dəfn mərasimindən ürəkparçalayan FOTOLAR

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində düşmən atəşi nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Salahov Fizuli Süleyman oğlu bu gün dəfn olunub.

Yenicag.az xəbər verir ki, şəhid Şabranın Gəndob kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Qeyd edək ki, Salahov 2003-cü ildə Silahlı Qüvvələrdə xidmətə başlayıb. Ailəlidir, iki oğlu var.