!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Şəhidimizin nəşinin qaytarılması üçün…” – Hərbi-ekspert

!Reklam – Yazi

ermenistanErmənistan ötən il dekabrın 29-da baş vermiş döyüşlərdə şəhid olmuş əsgərimiz Çingiz Qurbanovun cəsədini qaytarmaqdan yayınır.

Yeniçağ.Az xəbər verir ki, Azərbaycanın “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”ndan bildirildiyinə görə, Ermənistan heç bir əsas və dəlil gətirmədən, müxtəlif bəhanələrlə Ç.Qurbanovun cəsədinin geri qaytarılması ilə bağlı prosedurun başlanması vaxtını qəsdən uzadır. Bundan başqa, Müdafiə Nazirliyinin Ç.Qurbanovun cəsədinin geri qaytarılması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə etdiyi müraciət də hələ ki nəticəsiz qalıb. Göründüyü kimi, işğalçı Ermənistan beynəlxalq hərb praktikasına və hüququna zidd olaraq, şəhid olmuş Azərbaycan əsgərinin cəsədinin qaytarılması təşəbbüsünə əhəmiyyət vermir. Azərbaycanın bu məsələ ilə əlaqədar diplomatik-hüquqi müstəvidə göstərdiyi səylərin nəticəsiz qalması alternativ variantları gündəmə gətirir.

Bu barədə Yeniçağ.Az-a danışan hərbi-ekspert Xətai Baxışov bildirib ki, Ermənistan şəhid əsgərimizin cəsədini tezliklə qaytarmasa, o zaman başqa varianta əl atmaq lazımdır:Xətai Baxışov ile ilgili görsel sonucu

“Qədim dövrlərdən yaranmış ənənəyə görə, döyüşlər zamanı həlak olan əsgərlərin cəsədləri öz tərəflərinə qaytarılır. Ancaq heç bir hərb ənənəsinə və beynəlxalq hüquqa məhəl qoymayan Ermənistan şəhid əsgərimiz Çingiz Qurbanovun nəşini beş gündür ki, Azərbaycana təhvil vermir, bu işi uzadır.
Mən keçmiş hərbçi olsam da, deməliyəm ki, bir az da təmkinli davranıb, şəhidimizin cəsədinin geri alınması üçün diplomatik səylərin nəticəsini gözləyək. Əgər Ermənistan şəhid əsgərimizin nəşini qaytarmasa, başqa varianta əl atılmalıdır.

Başqa variantın nə olduğunu hərbçilər bilir. Bizimkilər də bir neçə düşmən əsgərini ələ keçirtsələr, o halda Ermənistan onların dəyişdirilməsi üçün özü xahiş-minnətə düşəcək”.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

731
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv