Şəhidimizin qardaşı bayrağı dəyişərkən yıxılaraq öldü

Gəncədə bədbəxt hadisə qeydə alınıb.

Oxu.az xəbər verir ki, 38 yaşlı Pərviz İsgəndərov yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılıb. O, dərhal xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq Pərviz İsgəndərov xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Pərviz İsgəndərov Vətən müharibəsinin şəhidi Bəhruz İsgəndərovun qardaşıdır.