Şabran rayonunun Çayqaraqaşlı kəndində bədbəxt hadisə baş verib.
Yenicag.az xəbər verir ki, 2020-ci il təvəllüdlü Abdulova Xədicə İsmət qızı kənd ərazisindən keçən su kanalına düşərək boğulub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, X.Abdulova 2021-ci ildə şəhid olmuş Dövlət Sərhəd Xidmətinin kiçik giziri Fərid Alimovun bacısı qızıdır. O, Cəlilabad istiqamətində sərhəd pozucularının qarşısını alarkən aldığı güllə yarasından şəhid olub./Qafqazinfo.az