Şəhidin dəfn mərasimində Kılıçdaroğluna hücum edildi – VİDEO

Ankaranın Çubuk bölgəsində Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıçdaroğluna hücum olub.

Yenicag.az xəbər verir ki, Ankaranın bələdiyyə sədri Mənsur Yavaşla şəhidin dəfninə qatılan Kılıçdaroğluna bir qrup şəxs hücum edib.

Kılıçdaroğlu təhlükəsizlik əməkdaşları tərəfindən yaxınnlıqda olan bir evə aparılıb. Evin ətrafını əhatəyə alan şəxslər evi daşlayaraq, “PKK bayıra” şüarları səsləndiriblər.