Şəhidin xatirə medalı oğlu Oruc İbrahimova təqdim edildi – FOTO

AVMVİB-nin Sədri Füzulu Rzaquliyevin əmri ilə 1992-ci 26 yanvar tarixində Daşaltı əməliyyatında Şəhid olmuş İbrahimov Cavanşir Zeynal oğlu «Müharibə veteranı» xatirə medalı ilə təltif edib.

Yenicag.az xəbər verir ki, AVMVİB Sədrinin səlahiyyətli nümayəndəsi «Azərbaycan bayrağı ordenli», ehtiyatda olan polkovnik Elmar Hüseynov xatirə medalını Şəhidin oğlu Oruc İbrahimova təqdim edib.

Tədbirdə Şəhidin ailə üzvləri, döyüş yoldaşları İlham Rüstəmov, Vidadi Ağagülov, Namiq Həşimov iştirak ediblər./veteran.az/