!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Şəhidlər xiyabanı”na gedən keçmiş döyüşçü cərimələndi – Sumqayıtda

!Reklam – Yazi

Bu barədə məlumat verən B.Məmmədov bildirib ki, 20 Yanvar hüzn günündə Sumqayıt şəhər Yol polisinin əməkdaşları ona qarşı haqsızlıq edib:

«Bu gün səhər saat 10.50 radələrində idarə etdiyim KİA markalı, 90 VA 414 nişanlı avtomobilimlə Sumqayıt Şəhidlər Xiyabanına ziyarətə gedərkən Yol polisi tərəfindən, sülh küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində, dönməni qadağan edən nişanın olmadığı yerdə saxlanıldım. Sumqayıt şəhəri DYPŞ Yol-patrul xidmətinin inspektoru polis çavuşu Aslanov Şamil Aslanoğlu heç bir əsas olmadan məni cərimələdi. 327,2 maddəsinə əsasən, mənə 60 manat cərimə və 3 bal cəza yazdı. Etirazımı bildirəndə isə mənə kobud cavab verdi. Onu da nəzərinizə çatdırım ki, 20 Yanvar hüzn günü olduğundan Şəhidlər Xiyabanına gedən istiqamət bağlanmışdı. Yəni mənim hərəkət etdiyim istiqamətin əksinə heç bir hərəkət də yox idi. Bundan əlavə, məndən öncə iki avtomobil də eyni yolu keçib. Əgər qayda pozuntusu var idisə, niyə yalnız mənə tətbiq olundu? Yol polisi əməkdaşı əvvəlcə həmin yerdən dönmənin qadağan olduğunu, daha sonra isə qırmızı işıqdan keçdiyimi söylədi. Halbuki, protokolda başqa məqamlar göstərilib. Buradan görünür ki, yol polisi mənə qarşı qərəzli olub və qanunsuzluq edib».

B.Məmmədov onu da qeyd edib ki, Bakı şəhərində yaşasa da, hər il şəhid olan əmisi oğlunun məzarını ziyarətə gəlir:

«Ailəmlə hər il 20 yanvarda Sumqayıta gəlirik. Yol polisi əməkdaşına da Ümumxalq hüzn günündə cərimə yazmamağı xahiş etdim. Amma o, kobud şəkildə davrandı. Əsəbi və emosional olduğum üçün hansısa qaydanı pozmadığımı anlamamışdım, bu səbəbdən də yol polisinin haqlı olduğunu düşünüb, protokola imza atdım. Ziyarətdən sonra həmin əraziyə gəldim. Orada xidmətdə olan digər yol polislərindən vəziyyətlə bağlı maraqlandım. Məlum oldu ki, heç bir qaydanı pozmamışam. Sadəcə olaraq, həmin yol polisi mənə qarşı haqsızlıq edib. Mən özüm 25 il Azərbaycan ordusunda xidmət etmişəm. Ağdam, Cəbrayıl, Füzulidə gedən döyüşlərdə iştirak etmişəm. Hazırda nazirin əmri ilə ehtiyata göndərilmişəm. Təəssüf edirəm ki, ümumxalq hüzn günündə şəhid adına, döyüşçü adına hörmət edilmədi. Bu da polisimizin mənəvi dəyərlərə hörmət etməməsini göstərdi. Sizin vasitənizlə cənab general-polkovnik Ramil Usubova müraciət edirəm ki, mənəvi dəyərlərimizə hörmət etməyən, haqsız yerə cərimə yazan polis əməkdaşı barəsində ölçü götürülməsi üçün göstəriş versin», – deyə B.Məmmədov fikrini tamamlayıb.

 

Yeniçağ.az

www.yenicag.az

726
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv