Şəhidlərə həsr edilən Azərbaycan filmi Türkiyə televiziyasında

“İki dost, iki şəhid” sənədli filmi 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərmiş və şəhidlik zirvəsinə ucalmış iki dostun – Yevlax rayonunun Aşagı Bucaq kəndində anadan olmuş, böyüyüb boya-başa çatmış Rəsulov Nərman Fəzaim oğlu və Kərimov Cavid Mərdan oğlunun həyat və döyüş yolundan bəhs edir.

Qeyd edək ki, 23 oktyabr 1993-cü ildə cu ildə Rəsulov Nərman Fəzaim oğlu Ağdərə-Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq nümaiş etdirib, 16 oktyabr 2020-ci il tarixində Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub.

Ali Baş komandan, prezident İlham Əliyevin sərəncamı ilə Rəsulov Nərman Fəzaim oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Filmdə haqqında bəhs edilən, digər qəhrəman şəhidimiz, Kərimov Cavid Mərdan oğlu isə 23 fevral 1999 cu ildə anadan olub, Ağdərə, Suqovuşan, Xocavənd istiqamətlərində döyüşlərdə qəhrəmanlıq göstərib, Xocavənd rayonu istiqamətində 29 sentyabr 2020 ci tarixində qəhrəmanlıqla şəhid olub.

Ali Baş komandan, prezident İlham Əliyevin sərəncamı ilə Kərimov Cavid Mərdan oğlu ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.

Filmdə qəhrəmanların doğmalarının, uşaqlıq dostlarının və cəbhə yoldaşlarının xatirələrində hər iki qəhrəmanın obrazı canlandırılır, onların qısa, ancaq şərəfli ömür yoluna işıq salınır.
“İki dost, iki şəhid” sənədli filmi “Qafqaz TV” kanalı tərəfindən istehsal edilib.

Film 27 sentybar 2021-ci il tarixində, Türkiyənin TRT Avaz kanalında nümaiş etdirilib. İzləyə bilməyənlər bu gün axşam Bakı vaxtı ilə 23:30-da təkrar TRT Avaz kanalından bu filmi izləyə bilərlər.

Filmin yaradıcı heyyəti:

Yapımçı: Eltən Qədimbəyli

Yönətmən: Dəyanət Rza

Redaktor: Xanım Xatun

Görüntüləyən: Çingiz Qədimli

Ssenari müəllifi: Elçin Elar