Şəhidlərimizə ithaf olunan “Əbədi zirvə” kompozisiyası – VİDEO

Canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ithaf olunan musiqi kompozisiyası hazırlanıb.

Yenicag.az-ın məlumatına görə, əməkdar artist Aygün Bəylərin ifa etdiyi “Əbədi zirvə” adlı musiqi kompozisiyasının bəstəkarı Tural Məmmədlidir.

Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan musiqi kompozisiyasının klipi tezliklə ictimaiyyətə təqdim olunacaq. Klipin çəkilişlərini Bakı Media Mərkəzi həyata keçirir.