Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili üzrə Seçki Komissiyasının yaradılmasına dair əmr imzalayıb.
Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, əmrdə Səhiyyə Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili üzrə komissiyanın tərkibi təsdiqlənib.
Sənəddə Seçki Komissiyasına İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatının “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq həyata keçirilməsi, İctimai Şuranın say həddinin müəyyən edilməsi kimi tapşırıqlar verilib.