Səhiyyə naziri: “Həkimlərimiz çox peşəkar şəkildə işləyirlər”

“Ölkəmizdə qabaqlayıcı tədbirlər vaxtında həyata keçirilib”.

Yenicag.az xəbər verir ki, bu sözləri səhiyyə naziri Oqtay Şirəliyev AzTV-də yayımlanan “Hədəf” verilişində çıxışı zamanı bildirib. Səhiyyə nazirinin sözlərinə görə, pandemiyanın yayılması fonunda hazırda tətbiq olunan karantin rejimi və həyata keçirilən qabaqlayıcı tədbirlər insanlarımızın sağlamlığını qorumaq üçün vacib addım idi:

“Ona görə də hazırda koronavirusa yoluxan və karantinə yerləşdirilən bir çox xəstələr sağalıb, evlərinə dönüblər. Hazırkı şəraitdə həkimlərimiz çox peşəkar şəkildə işləyirlər. Onlar öz həyatlarını riskə atmaqla, insanların həyatını xilas etməyə çalışırlar”.

Gülşən Şərif