Səhiyyə naziri SAXLANILDI

Rusiyanın Samara vilayətinin səhiyyə naziri Armen Benyan saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Məmurun hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil.

“Hazırda idarədə FTX və Daxili İşlər Nazirliyi işləyir”, – deyə KİV yazıb.