!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Səhiyyə Naziri ya işini görsün, ya da getsin..." - KƏSKİN ETİRAZ

!Reklam – Yazi

Ötən günlərdə həkim səhvi yenə ölümə səbəb olub. Belə ki, 71 yaşlı Hilda Rəhimova rentgen otağına aparılarkən xərəkdən yıxılıb və dünyasını dəyişib. Bununla bağlı yayılan görüntülər sosial şəbəkələrdə gündəm olub.

Bəs bu cür hadisə necə yaşana bilər? Xəstə xərəkdən niyə yıxılmalıdır? Səhiyyə Nazirliyinin təmin etdiyi təchizatlar bu qədərmi keyfiyyətsizdir?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, Azərbaycanın səhiyyə naziri çox məsuliyyətsizdir:

“Mən heç səhiyyə nazirinin adını bilmirəm. Allah bilir, kimin qohumudur. Bu cür hallar prezidentimizin nüfuzuna xələl yetirir.

Əgər bu cür hadisə baş verirsə, nazir o stolda oturmamalıdır. Özünü ya asmalıdır, ya öldürməlidir. Bu dərəcə əxlaqsızlıq olar?

Hamısını ifşa edəcəm. Hara baxır Səhiyyə Nazirliyi?

Oğurladıqları pul, yedikləri yemək burunlarından gəlsin. Biz siyasətçilər çox narahatıq. Mən istərdim ki, səhiyyə naziri dərhal istefa versin. Getsin o arvadlarının yanında otursun”.

Şahanə Paşa 

www.yenicag.az

4900
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv