Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Səhiyyə Nazirliyi adından dərman reklamı məsələsi ilə bağlı AÇIQLAMA - FOTO

Səhiyyə Nazirliyi bəzi kütləvi informasiya vasitələrində adından istifadə edilərək dərman preparatlarının reklam olunması məsələsinə aydınlıq gətirib. 

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, bu reklamların onlara heç bir aidiyyəti yoxdur.

Qeyd olunub ki, nazirlik sözügedən reklamın yayılmasına görə məsuliyyət daşımır:

“Respublika Müalicəvi Diaqnostika Mərkəzi ilə əlaqə saxlanılıb və belə bir şəxsin orada çalışmadığı bildirilib. Dələduzlar Rusiyanın baş uşaq onkoloqu olan Mamed Əliyevin şəklini paylaşaraq arıqlamaq üçün dərman preparatının satışını həyata keçirmək istəyiblər”.

www.yenicag.az

877