Səhiyyə Nazirliyi Salyandakı yol qəzası ilə bağlı məlumat yaydı

Səhiyyə Nazirliyi Salyan rayonunda baş verən yol qəzası barədə məlumat yayıb.

Nazirlikdən Yenicag.az-a bildirilib ki, hadisə nəticəsində 2 nəfər aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

“Bir qadın bazu sümüyünün sınığı ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir”, – deyə məlumatda qeyd olunub.