Səhiyyə Nazirliyi: Yanğın baş verən binada 5 nəfər tüstüdən zəhərlənib

Bakıda məcburi köçkünlərin yaşadığı binada baş verən yanğın nəticəsində 5 nəfər tüstüdən zəhərlənib.

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, onların hamısına hadisə yerində yardım göstərilib.

Hazırda 3 təcili yardım briqadası hadisə yerindədir və lazım olduğu təqdirdə, vətəndaşlara xidmət göstərir.

Yenicag.az

COP29