Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinə müdir təyin edilib.
Yenicag.az xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.
Əmrə əsasən, Fazil Feyzulla oğlu Hüseynbəyov həmin şöbənin rəhbəri vəzifəsinə gətirilib.
Qeyd edək ki, Vətən müharibəsinin könüllü iştirakçısı olan F.Hüseynbəyov ixtisasca anestezioloq-reanimatoloqdır.