Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Səhiyyə Nazirliyindən dönərxanadakı partlayışla bağlı açıqlama

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsindəki dönərxanada baş verən partlayış nəticəsində xəsarət alan 5 nəfərin hamısı ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Bu barədə Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, xəsarət alanlardan üçü kişi, ikisi qadındır.

Onların heç birinin həyatı üçün təhlükə olmayıb.

Xəsarət alanlar Bakı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdilər.

Yeniçağ.az

www.yenicag.az

364