!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səhiyyə Nazirliyindən – Xəbərdarlıq

!Reklam – Yazi

 

se78Analitik Ekspertiza Mərkəzi dərman vasitələri ilə davranışın hüquqi və təşkilati əsaslarının müəyyən edilməsi və bu sahədə münasibətlərin tənzimlənməsində “Dərman vasitələri haqqında” 22 dekabr 2006-cı il tarixli, 208-IIIQ nömrəli Qanuna əsaslanır. Həmin qanunda istifadə təlimatının (içlik) Azərbaycan dilində olması zəruriliyi öz əksini tapır.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, bununla bağlı Analitik Ekspertiza Mərkəzinin rəhbərliyi və məsul şəxsləri dəfələrlə əlaqədar dövlət qurumlarını, əczaçılıq topdan və pərakəndə satış müəssisələrini, dərman vasitələri istehsalçılarının nümayəndəliklərini, həmçinin əhalini sözügedən sahədə baş verən yeniliklər barədə məlumatlandırıb, onlarla fikir mübadiləsi aparıb, lazımı xəbərdarlıqlar edib.

Konstitusiyaya görə dövlət dili Azərbaycan dilidir, vətəndaşların isə Azərbaycan dilində istifadə təlimatları ilə təmin olunmaları onların konstitusion hüquqlarından irəli gəlir. Bu səbəbdən istifadə təlimatlarının əhali üçün anlaşılan və sadə dildə olması zəruridir.

Xəbərdarlıq yalnız təşkil edilmiş iclaslarda şifahi şəkildə deyil? eləcə də Mərkəzin rəsmi saytı və Facebook səhifələrində də yerləşdirilib. Daha sonra ayrı-ayrılıqda bir çox topdansatış əczaçılıq müəssisəsi və dərman vasitələri istehsalçılarının rəsmi nümayəndəliklərinə göndərilmişdir. Mərkəzin fəaliyyəti Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Tarif Şurası və digər aidiyyəti dövlət qurumları və özəl təşkilatlarla sıx əlaqəli şəkildə qurulur və əczaçılıq sektoruna aid bütün proseslər daim Analitik Ekspertiza Mərkəzinin nəzarəti altındadır.(modern)

www.yenicag.az

616
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv