Bakının Nəsimi rayonu, 3-cü mikrorayon bazarının arxasındakı köhnə hamamda baş verən yanğında xəsarət alan olmayıb.
Bu barədə Yenicag.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yanğında xəsarətlə bağlı nazirliyə müraciət daxil olmayıb.