!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səhiyyə Nazirliyinin İnnovasiya və Təhcizat Mərkəzi tender elan edir

!Reklam – Yazi

SƏHIYYƏ NAZIRLIYININ İNNOVASIYA VƏ  TƏCHIZAT MƏRKƏZI AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 9 lot üzrə keçirilir:

lot 1 – Azərbaycan Respublikasında HİV-AİDS-in qarşısının alınması və onunla mübarizə məqsədi ilə nəzərdə tutulmuş tibbi və digər aparatlar və avadanlıqların satınalınması.

lot 2 – Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramında nəzərdə tutulan tibbi və digər aparatlar və avadanlıqların satınalınması.

lot 3 – Tibb müəssisələri üçün nəzərdə tutulan tibbi və digər aparat və avadanlıqların satınalınması.

lot 4 – Tibb müəssisələri üçün nəzərdə tutulan ofis və tibbi mebellərin satınalınması.

lot 5 – Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramına uyğun olaraq tibbi və digər aparatlar və avadanlıqların satınalınması.

lot 6 – Tibb müəssisələri üçün nəzərdə tutulan yumşaq inventarların satınalınması

lot 7 – Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramına uyğun nəzərdə tutulmuş tibbi və digər avadanlıqların satınalınması.

lot 8 – Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramına uyğun nəzərdə tutulmuş tibbi və digər avadanlıqların satınalınması.

lot 9 – Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramında nəzərdə tutulan tibbi və digər avadanlıqların satınalınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Xocasən qəsəbəsi Hacıhəsən şos. 3 (Əlaqələndirici şəxs :tender komissiyası, telefon :346-11-33) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 – 50 manat

lot 2 – 200 manat

lot 3 – 300 manat

lot 4 – 300 manat

lot 5 – 300 manat

lot 6 – 100 manat

lot 7 – 100 manat

lot 8 – 100 manat

lot 9 – 150 manat

Hesab: AZ 91 CTRE00000000000002128215(002741) Fond 7 maddə 142340
VÖEN 1300242201
Bank: Dövlət Xəzinədarlıq Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ 01360100000000003944
S.W.İ.F.T: Bik CTREAZ 22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.Tenderdə iştirak etmək üçün yazılı müraciət;
2.Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4.Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
6.İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7.İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8.İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
9.İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
10.Digər sənədlər:

Rəsmi müraciət etmiş iddiaçıların ixtisas uyğunluğu ilkin qiymətləndirilərək tender predmetini əhatə edən iddiaçılara əsas şərtlər toplusu veriləcəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2017-03-28 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2017-04-04 18:00qədər Xocasən qəsəbəsi Hacıhəsən şos. 3 ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2017-04-05 15:00 tarixində Xocasən qəsəbəsi Hacıhəsən şos. 3 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. (TENDER KOMİSSİYASI)

Yenicag.Az

www.yenicag.az

1230
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv