Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Səhiyyə Nazirliyinin qərarı şəkər xəstələri ilə həkimləri üz-üzə qoydu

2017-ci ilin oktabr ayında Səhiyyə Nazirliyində endokrinoloq həkimlərin iştirakı ilə iclas keçirilib. İclasda iştirak etmiş həkimlərdən əldə etdiyimiz məlumata görə, onlara şəkərli diabet xəstələrinə (hər bir xəstə ücün ayrıca) təyin edilən pulsuz dərmanların sayının azaldılması ilə bağlı sənəd verilib. Həkimlər oxuduqdan sonra həmin sənədlər onlardan yığılıb. Belə desək, həkimlərə qeyri-rəsmi olaraq göstəriş verilib ki, şəkərli diabet xəstələrinə (hər bir xəstə ücün ayrıca) təyin edilən pulsuz dərmanların sayı azaldılsın.

Səhiyyə Nazirliyinin aldığı bu qərar həkimlərlə xəstələri üz-üzə qoyub. Dövlət təminatında olan tibb müəssələrində şikayətlərin ardı-arası kəsilmir. Bunların çoxu imtiyazlı şəxlərin dərman və müalicə təminatı ilə bağlıdır. Belə ki, əgər əvvələr şikayətlər müharibə veteranları və onlara bərabər tutulan şəxlərdən idisə, indi diabet xəstələrindən gələn şikayətlərin sayı artmaqdadır. Bu da 2017-ci ilin son 3 ayında dövlətin onlara verdiyi dərmanların və başqa tibbi ləvazımatların (spris, spirt, qlyukometr) azaldılmasından qaynaqlanır. Passientlərin dediyinə görə onlar dərmanların azlığından Səhiyyə Nazirliyinin qaynar xəttinə müraciət etdikdə, onlara bu vəsaitlərin azaldılmaması bildirilsə də, həkimlər bunun tam əksini deyirlər. Bundan əlavə hər ay diabet xəstələrinə xidmət göstərən həkimlərin otaqları önündə növbə çoxluğundan passientlər biri-birinə fiziki xəsarət yetirməkdən belə çəkinmirlər. Apardığımız araşdırmaya görə hər həftə orta hesabla 3-4 yeni xəstə daxil olur. Səhiyyə qanunlarına görə həkim bir saatda 5 xəstə qəbul etməli olduğu halda yarım ştat işləyən həkimlər bir iş günü ərzində 60-70 xəstəyə baxmağa məcbur olurlar. Əlbəttə ki, bu zaman hansısa müalicənin keyfiyyətindən danışmaq olmaz.

Xəstələrlə söhbət zamanı məlum olur ki, dərmanların verildiyi günlər polikilinkalarda növbəyə görə söz-söhbətlər də düşür.

12 yaşlı 6 ildir şəkər xəstəsi olan Ramilin atası Yunusov Məmməd dərmanların alınmasında yaranan çətinlikdən Yenicag.az-a danışıb:

“Oğlum Bakıda Tibb Universitetinin Tədris korpusunda qeydiyyatdadır. İldə bir dəfə orada yatır. Uşaq böyüdükcə dərmanların dozaları artıq. Artan dozaları ümumiyyətlə vermirlər. Ondan danışmağa dəyməz. Həkim resept yazır. Aptekə gedirsən. Bəzən birini verir, bəzən də, deyir ki, yoxdur. Çox zaman da bildirirlərki, həmin dərmandan yoxdur, yerinə başqasını verək. Açığı həkimlərdə heç bir günah görmürəm. Onlar resept və sayı yazır. Dərmanları vermirlər. Fakt bilirik ki, gəlir. Ancaq dərmanları verəndə deyirlər ki, çatmır”.

Dərmanların verilməməsindən şikayətlənən Məmməd Yunusov bildirir ki, uşağının adına gələn dərmanların hara getdiyini bilmir:

“Uşağımın adına gələn dərmanı hara, kimə verirlər bilmək istəyirəm. O dərman mənim uşağımın adına gəlibsə, mənə çatmalıdır. Deyirlər ki, xəstə çoxdur, dərman çatmır. Bir dəfə bu məsələdən bezdiyim üçün bütün yüksək instansiyalara şikayət etmişdim. Ondan sonra 1 il rahat dərmanları aldım. Ancaq oktyabr ayından bezmişəm. Adam iyrənir növbədə gözləməkdən. Hər dəfə dərman almağa gedəndə mütləq dava düşür. Çünki xəstələri çox incidirlər. Həkimlərdən və aptekdə işləyən əczaçılardan eşitdiyimə görə, Səhiyyə Nazirliyi dərmanların sayını azaldıb. Bunun nə qədər doğru olduğunu bilmirəm, ancaq hər şey ortadadır. Fakt həkim 2 dərman yazır, 1-ni güclə ala bilirəm. Yerinə başqa dərmanlar təklif edirlər, o da uşağa lazım deyil”.

Azad istehlakçılar İctimai Birliyinin nəznində yaradılmış “Tibbi müayinə, müalicə, eləcə də profilaktik və bərpa iştirakçı hüquqların müdafiəsi” komissiyasının sədri Əhməd Rəhmanov məsələ ilə bağlı bunları dedi:

“Səhiyyə Nazirliyi həkimlərə tapşırıq verib ki, dərmanların sayı azaldılsın. Oktyabr ayından bizim mərkəzə gələn şikayətlərin sayı-hesabı yoxdur. Dərman almaq istəyən xəstələr arasında dava-dalaşın düşdüyünü də bilirik. Hər kəs dərman almaq istəyir. Şikayətlərin sayı çoxladıqdan sonra polikilinkaları gəzməyə başladıq. Xəstə gəlib deyir ki, necə olur, ötən ay mənə 10 dərman verirdin, indi 6. Həkim deyir, Səhiyyə Nazirliyi bu qədər verir. Xəstələr, dəfələrlə özüm Səhiyyə Nazirliyinə zəng etmişik, deyirlər ki, biz heç nəyi azaltmamışıq”.

Baş verənlərdən belə nəticə çıxır ki, Səhiyyə Nazirliyi həkimlərlə xəstələri üz-üzə qoyub.

Əhməd Rəhmanovun sözlərinə görə, bu məsələ ilə bağlı dəfələrlə nazirliyə müraciət ediblər ki, birgə monitorinq keçirilsin:

“Nazirlik buna cavab olaraq bildirir ki, monitorinq keçirmək lazım deyil. Biz dərmanların sayını azaltmamışıq. Əgər azaldılma olmayıbsa, bu qədər həkimin başı xarab deyil ki, bu sözü desin. Dərmanların sayında azalma yoxdursa, xəstələr niyə bu qədər şikayət edir? Şəkər xəstələri Asossasiyasına müraciət etdim. Onlar bir sənəd göndərib. Məlum olur ki, Səhiyyə Nazirliyi Ukrayndan insulinin çox aşağı tərkibli formasıdır. Həmin dərmanı Ukrayna satışı qadağan edilib. Çünki, dərmanın əks effekti olduğu məlum olub. Nazirlik bilə-bilə dərmanların sayını zaaldıb ki, xəstələr məcbur olub, gedib apteklərdən satış üçün gətirilən dərmanları alsın.

Səhiyyə Nazirliyi böyüklər üçün dərmanların sayın azaltsa da, uşaqların dərmanlarına toxunmurdu. Bir neçə gün əvvəl bir həkim mənimlə əlaqə saxladı, dedi ki, uşaqların da dərmanını azaldıblar. Sonradan onların şəkəri dieta və müxtəlif yollarla düşür, ancaq uşaqlarda bu belə deyil.

Hər ayın 5-dən 15-nə qədər poliklinkalarda dərmanlar verilir. Həmin günlərdə qırğın olur. Həkimlər də yaranmış vəziyyətdən şikayət edirlər”.

Səxavət Məmməd

www.yenicag.az

4562
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100