“İnsanların kütləvi toplaşdığı məkanlar, ilk növbədə isə təhsil müəssisələri dezinfeksiya edilməlidir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında koronavirus təhlükəsi ilə əlaqədar orta və ali təhsil müəssisələrində dərslərin dayandırılmasına yönəlik çağırışlara münasibət bildirən “Sağlam Toplum” İctimai Birliyinin sədri Lalə Mehralı deyib.
Lalə Mehralının sözlərinə görə, xüsusilə, orta məktəblərdə məcburi tətil elan olunmasa da, bir çox valideynlər artıq övladlarını dərsə buraxmırlar.
Bu isə bütün hallarda məktəblərdə davamiyyətin zəifləməsinə və dərs yükünün azalmasına yol açır.
Mövzuya həsr olunan videomaterialı təqdim edirik:
Gülşən Şərif