Səhiyyə xidməti tariflərində ARTIM: “Yeni qərarla icbari tibbi sığortası olanlar…” – AÇIQLAMA

“İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə əlavə edilən tibbi xidmətlərin tariflərindəki artım həkimlərin həyat şəraitlərinin yaxşılaşdırılması və onların əməyinə verilən qiymətdir”.

Bunu İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə əlavə edilən tibbi xidmətlərin tariflərində olan artım məsələsini şərh edərkən tibbi ekspert Rasif Bağırov Yenicag.az- açıqlamasında deyib.


O, tariflərdəki qiymət artımını xəstələrin deyil, sığorta şirkətləri tərəfindən qarşılandığını bildirib:

“İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində edilən dəyişikliklər – tibbi xidmətlərdə nəzərdə tutulan qiymət artımları xəstələrdən alınan pula görə deyil, sadəcə sığorta zamanı həkimlərə ödəniləcək pulun qiymət artımıdır. Yəni tibbi sığortası olan xəstə özü həkimə pul vermir ki, qiymət artımı onun gəlir və xərcinə təsir göstərsin.

Düzdür, bu gün bəzi həkimlərimiz də var ki, heç o səviyyədə fəaliyyət göstərmədən tibbi sığorta ödənişlərindən yararlanırlar.
Ümumilikdə isə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə əlavə edilən tibbi xidmətlərin tariflərindəki artım həkimlərin həyat şəraitlərinin yaxşılaşdırılması və onların əməyinə verilən qiymətdir”.

Sadiq Cavadov