Səhliyalı Şirkətində Zəfər Günü qeyd edildi – VİDEO

“Səhliyalı şirkəti”ndə 44 günlük Vətən müharibəsinin ildönümü ilə bağlı tədbir keçirilib.

“Səhliyalı şirkəti”nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə şirkət rəhbərliyi və əməkdaşları, Müdafiə Nazirliyinin vəzifəli şəxsləri, eyni zamanda döyüşlərdə iştirak etmiş və zəfərin qazanılmasına öz töhfələrini vermiş şirkətin 14 çalışanı iştirak ediblər.

Tədbirdə əvvəlcə Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Səhliyalı” şirkətinin rəhbərliyi 44 günlük döyüşlər zamanı ölkə rəhbərliyinin göstərdiyi qətiyyətdən, Ordumuzun əzmli döyüş bacarığı, bunun fonunda qazazanılan qələbənin əhəmiyyətindən danışıb: “Azərbaycan xalqının bu işğal faktı ilə barışmadığı, barışmayacağı hər kəsə məlum idi. Ölkə başçısı, cənab İlham Əliyevin orduya torpaqlarımızda antiterror əməliyyatlarının başlaması barədə verdiyi tapşırıq onun hərbiçilərimizə, ordunun da ölkə rəhbərinə etimadının bariz nümunəsi idi. Məhz bunun nəticəsində də biz bu gün bu qələbəni bayram edirik”. Şirkət rəhbərliyi döyüşlər zamanı əhalinin və şirkətlərin də orduya dəstəyi məsələsinə də toxunub və qeyd edib ki, bu döyüşlərdə üzüağ çıxan həm də şirkətlər oldu: “Biz bu döyüşlər zamanı orduya bir neçə dəfə dəstək aksiyası həyata keçirdik. Düzdür, Müdafiə Nazirliyi dəfələrlə açıqlama yayaraq Ordumuzun heç bir maddi dəstəyə ehtiyacı olmadığını vurğulamışdı. Ancaq sadə vətəndaşlar, şirkət əməkdaşları və rəhbərlikləri də ordumuza dəstəyi özünə mənəvi borc bildi və nəticədə də bu zəfərin qazanaılmasında pay sahibi oldular. Əsas məqsəd əsgər və zabitlərimizin ruh yüksəkləriyi ilə döyüşlərə yollanmalarına mənəvi dəstək göstərmək idi”.

Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin əməkdaşı da göstərilən dəstəyə görə şirkət rəhbərliyinə təşəkkür ediblər.

Sonda “Səhliyalı” şirkətinin 44 günlük vətən müharibəsinə könüllü yollanan 14 əməkdaşına təşəkkürnamələr və hədiyyələr təqdim edilib.