Fevralın 26-da Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar “Səhliyalı” şirkətinin əməkdaşları Xətai rayonu ərazisində faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.
Ziyarət zamanı şirkətin əməkdaşları şəhid olan həmvətənlərimizin xatirəsinə ucaldılan abidənin önünə əklil və gül dəstələri qoyub, onların ruhuna dualar oxuyub, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Xocalı şəhərində soyqırımı törədibər. Kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib.