!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Səhnədən uzaqlaşdırılan CANLI KORİFEYLƏR: Yaşlı aktyorların teatrdan çıxarılmasına nazirlikdən RƏSMİ CAVAB

!Reklam – Yazi

Son vaxtlar yaşlı aktyor və aktrisaların teatrlardan kənarlaşdırılması ilə bağlı məsələ müzakirə mövzusuna çevrilib. Bir çox yaşlı sənətkarlar teatrlardan uzaqlaşdırılmasını özlərinə qarşı haqsızlıq kimi dəyərləndirib. Millət vəkili Aqil Abbas da Milli Məclisin dünən keçirilən plenar iclasında yaşlı aktyorların işdən çıxarılmasına etiraz edib.

Yenicag.az məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət edib.

Rəsmi qurumun şöbə müdiri Nuridə Allahyarova saytımıza açıqlamasında bildirib ki, teatrlar yaşlı sənətkarların təcrübəsindən hər zaman faydalanıb:

“Teatrlarda kadr dəyişikliyi labüddür. Ona görə də imkan daxilində biz həm gənclərin işlə təmin olunmasına, gənclərə meydan verilməsinə, həm də qocaman sənətkarlarımızın uzunillik təcrübəsindən faydalanmağa çalışırıq.

Bildiyiniz kimi, mövcud qanunvericilikdə 65 yaşına çatmış şəxslərin təqaüdə çıxması nəzərdə tutulur. Mədəniyyət, elm, təhsil kimi sahələrdə çalışanlarla bağlı istisna hallar var. Elmi və fəxri adları olan şəxslərlə müqavilələr 75 yaşına qədər uzadıla bilər. Bu, həmin şəxsin çalışdığı müəssisənin səlahiyyətində olan məsələdir. Mədəniyyət Nazirliyi olaraq belə məsələlərə olduqca həssas yanaşırıq. Lakin qanunvericilikdə göstərilir ki, bir müəssisədə yaşı 65-i ötən əməkdaşların sayı orada çalışan əməkdaşların sayının 2 faizini təşkil etməlidir. Buna baxmayaraq, əksər teatrlarda qocaman sənətkarlarımız bu gün də çalışır. İstənilən teatrın səhnəsində belə qocaman sənətkarlarımızın ifasında müxtəlif tamaşalara baxa bilərsiniz. Ancaq bir gerçəkliyi də unutmaq olmaz ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini hər il onlarla tələbə aktyor, rejissor, teatrşünas bitirir. Ölkədə isə cəmi 25 dövlət teatrı fəaliyyət göstərir. Bu məzunların teatrlarda işlə təmin olunması ciddi problemə çevrilir. Məlum olduğu kimi, teatr elə bir sənət növüdür ki, daim yeni nəfəsə, yeni istedadlara ehtiyac duyur. Teatrların ştatları isə məhdud saydadır və stabildir”.

Cəvahir

www.yenicag.az

541
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv