Şəhriyar Məmmədyarov cavab görüşündə

Şahmat üzrə onlayn Çempionlar Turunun “New in Chess Classic” adlı mərhələsində bu gün yarımfinalın cavab görüşləri keçiriləcək.

Yenicag.az xəbər verir ki, ilk görüşlərdə ABŞ təmsilçisi Hikaru Nakamuraya 1:3 hesabı ilə uduzan Şəhriyar Məmmədyarov bu dəfə revanş almağa çalışacaq. Şəhriyar finala adlaya bilmək üçün növbəti dörd görüşdə üstünlük əldə edib ümumi hesabı bərabərləşdirməli və üçüncü – həlledici partiyada rəqibinə qalib gəlməlidir.

Yarımfinalın digər görüşündə Maqnus Karlsenlə (Norveç) Levon Aronyan (Ermənistan) qarşılaşacaq. Xatırladaq ki, bu tərəflərin dünənki görüşlərindən sonra dörd heç-heçə qeydə alınıb və 2:2 hesabı statistikaya yazılıb.