!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məmmədyarov çempion, Rəcəbov 6-cı oldu

!Reklam – Yazi

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan “Superbet Chess Classic” turnirini 6-cı pillədə başa vurub.

Yenicag.az xəbər verir ki, buna ABŞ təmsilçisi Fabiano Karuana və rumıniyalı Boqdan-Daniel Dyak arasındakı görüşün heç-heçə başa çatması səbəb olub.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran qrossmeysterlər Rəcəbova çatmaq şansını əldən veriblər.

***

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan “Superbet Chess Classic” turnirinin qalibi olub.

36 yaşlı qrossmeyster son turda fransalı Maksim Vaşye-Laqravla heç-heçə edib. Xallarının sayını 6-a çatdıran Məmmədyarov bütün rəqibləri üçün əlçatmaz olub.

Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov isə sonuncu turda Ermənistan şahmatçısı Levon Aronyanla “sülh”ə razılaşıb. Nəticədə Rəcəbov turniri 4,5 xalla başa vurub.

***

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan “Superbet Chess Classic” turnirində son görüşünü keçirib.

34 yaşlı qrossmeyster Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. Qara fiqurlarla oynayan Rəcəbov 14-cü gedişdə rəqibi ilə heç-heçə edib.

Qeyd edək ki, Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov isə hazırda fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlir. 5,5 xalla turnir cədvəlinə başçılıq edən 36 yaşlı qrossmeysterə çempionluq üçün heç-heçə də kifayət edəcək.

www.yenicag.az

905
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv