Şəhriyar Məmmədyarov “Shamkir Chess 2017”nin qalibi oldu

Bu gün mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2017” turnirinə yekun vurulub.

Yeniçağ.Az Apasport.az saytına istinadən verdiyi məlumatına görə, 4-cü dəfə keçirilən yarışın qalibi azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov olub.

“Şah” 10 turdan sonra 5.5 xalla hər kəsi qabaqlayıb.

Turnirin reytinq favoriti Uesli So, bolqar Veselin Topalov və rusiyalı Vladimir Kramnik 5 xalla 2-ci 4-cü yerləri bölüşüblər.

Qeyd edək ki, yarışdakı digər təmsilçimiz Teymur Rəcəbov turniri 4 xalla 8-ci pillədə başa vurub.

Yeniçağ.Az

COP29