Şəhriyar Məmmədyarov üçüncü oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirak etdiyi “Champions Showdown-2022” turniri başa çatıb.

Yenicag.az xəbər verir ki, nəticəyə görə Şəhriyar 6 xal toplayaraq üçüncü yeri tutub.

Qalib 37 500 dollar qazanacaq, Şəhriyar Məmmədyarov 17 500 ABŞ dolları qazanıb.