Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazandı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində növbəti görüşlərini keçirib.

Yenicag.az xəbər verir ki, bu haqda Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

Bildirilib ki, 37 yaşlı qrossmeyster 13-cü turda Nodirbek Abdusattorova uduzub. Növbəti raundda isveçli Nils Qrandeliusdan üstün olan Məmmədyarov 15-ci turda ABŞ təmsilçisi Deniel Naroditski ilə sülh bağlayıb.

Bu nəticələrdən sonra xallarını 27-yə çatdıran Azərbaycan şahmatçısı ikinci yerin sahibi kimi “play-off”a vəsiqə qazanıb.

Qeyd edək ki, 1/4 finalda şahmatçımız Nodirbek Abdusattorova qarşı mübarizə aparacaq.