Şəhriyardan növbəti qələbə

Almaniyanın paytaxtı Berlində İddiaçılar Turnirində VI turun oyunları keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Vladimir Kramniklə qarşılaşıb.

Şahmatçımız 64-cü gedişdə rəqibini məğlub edib.

Altı turdan sonra Fabiano Karuana və Şəhriyar Məmmədyarov 4 xalla 1-2-ci pillələrdə qərarlaşıb. Üç xal qazanmış V.Kramnik, A.Qrişuk və L.Dinq 3-5-ci yerləri bölüşürlər. U.So və L.Aronyan 2.5 xalla 6-7-ci yerdə, cəmi 2 xal qazanmış S.Karyakin isə 8-ci yerdədir.

COP29