34 yaşlı kişi öz qardaşını güllələyib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, hadisə Sakarya vilayətində baş verib. 34 yaşlı S.K. özündən 3 yaş böyük qardaşı Mikayıl Kurta səhvən atəş açıb. Daha sonra o, hadisə nəticəsində ağır yaralanan qardaşını şəxsi avtomobili ilə xəstəxanaya çatdırıb. Lakin həkimlərin səylərinə baxmayaraq Mikayılı xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb. Araşdırma davam edir.