“Maraqlı oyun alındı, xüsusən də ilk hissə gərgin mübarizə şəraitində keçdi”.
Yenicag.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Antalyada təlim-məşq toplanışı çərçivəsində “Lexiya” ilə bərabərə qaldıqları oyunu (1:1) şərh edərkən deyib.
45 yaşlı mütəxəssis rəqibin daha hazırlıqlı olduğunu bildirib: “Daha çox pressinq edirdilər, toplu mübarizə oldu. İkinci hissədə daha açıq oyuna üstünlük verildi. Səhvlərimiz oldu, amma futbolçular meydanda doğru olanı etməyə çalışırdılar. Ümumiyyətlə, futbolçulardan və oyundan razı qaldım”.