“Mən o el şənliklərindən qovulan müğənnilərdən deyiləm”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Səidə Dadadşova canlı yayımlanan “Xəbərin var” verilişində deyib.
Sənətçi açıq-saçıq geyimlərinə görə toy sahibi tərəfindən məclislərdən qovulan həmkarlarından da danışıb:
“Mən el şənliklərindən qovulan müğənnilərdən deyiləm… O qədər müğənnilər var, geyimini bilmir, açıq-saçıq geyinirlər. Bərbad vəziyyətdə gəlirlər toya, məclisə. Ev yiyəsi özü qovur o müğənniləri ki, bu kimdir bu gündə gəlib mənim məclisimə”.
O, imkanı çərçivəsində sənətlə məşğul olduğunu bildirib: “Mənim mahnılarım var, büdcəyə uyğun çalışırıq nəsə edək. Hər kəs öz büdcəsinə uyğun iş görür”.
Nehru