!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəkər və duzun PƏHRİZƏ TƏSİRİ: "Qədərində istifadə edilməsə..." - AÇIQLAMA

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, ÜST şəkər əvəzedicilərinin zərərləri barədə insanlara çağırış edib. Bildirilib ki, həmin qidaların tərkibində xeyli kimyəvi maddələr var.

Bəs onların bilmədiyimiz başqa hansı zərərləri var? Pəhrizdə olan insanlar niyə şəkər əvəzedicilərinə üstünlük verir?

Məsələ ilə bağlı Yenicag.a-a açıqlama verən dietoloq Ləman Süleymanova bildirib ki, normal miqdarda şəkərin özünü tükətmək olar:

“Hər bir qidadan qədərində istifadə etmək olar. Həmçinin normal məhsulları yedikdə asılılıq halı da yaranmır. Şəkər dedikdə insanlar yalnız ağ şəkəri nəzərdə tutur. Amma meyvənin, tərəvəzin, şirələrin və s. tərkiblərində də şəkər var və gündəlik istifadə etmək olar. Hətta insan bədəninin o şəkərə ehtiyacı var.

İnsan hər gün yox, ancaq həftədə bir dəfə şirniyyat yeyə bilər. Yəni duz, şəkər, karbohidrat və s. maddələr normal həcmdə istifadə edilirsə, sağlamlıq üçün vacibdir.

Tərkibi bilinməyən şirniyyat növləri isə zərərlidir. Dadlandırıcılar və kalorisiz biskvitlərin tərkibində müxtəlif maddələr var.

Həmin maddələr onların son istifadə tarixini uzatmaq üçündür. Bu da qaraciyərə birbaşa mənfi təsir edir. Hətta deyərdim ki, dəridə səpgilər və mədə-bağırsaq problemlərinə də gətirib çıxarda bilər”.

www.yenicag.az

806
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv