Şəkər xəstələri belə sağala bilərlər

Şəkərli diabet xəstələrinin arıqlamaları davamlı bir remissiyaya səbəb olur.

Yenicag.az xəbər verir ki, Böyük Britaniya alimləri müəyyən ediblər ki, diabet xəstələri çəkilərini azaltsalar və bunu davamlı olaraq dəstəkləyə bilsələr, xəstəlik geri çəkilə bilər.

Böyük Britaniyadakı Newcastle Universitetindən olan alimlər orqanizmdə yağın toplanması prosesini öyrəniblər. Məlub olub ki, artq piylərdən ilk növbədə qaraciyər zədələnir, sonra zərər zonası genişlənərək mədəaltı vəziyə təsir göstərir və nəticədə insulin ifrazı pozulur.

Belə ki, artıq piylər insulinin ifrazında iştirak edən mədəaltı vəzin genlərini “bloklayır”. Bu isə orqanizmin tam pozulmasına gətirib çıxarır.

Eksperiment zamanı xəstələrə aşağı kalorili pəhriz təklif olunub ki, bu da pasiyentlərdə çəkinin azalması və remissiya ilə müşahidə olunub. Tədqiqatçılar qeyd edirlər ki, 15 kq-dan çox çəki itirən şəxslərdə iki il ərzində remissiyaya nail olublar. Sonra isə əvvəlki çəkilərini bərpa edənlərdə xəstəliyin geri qayıtması müşahidə edilib. Ən yaxşı nəticə üçün artıq çəki ilə mübarizə aparmağa mümkün qədər tez başlamaq tövsiyə edilib.

Bu o deməkdir ki, indi 2-ci tip diabetə xəstəlik yox, istifadə edə biləcəyindən daha çox yağ yığan bədənin sadə halı kimi baxmaq olar.

2020-ci ildə bununla bağlı 5000 nəfərin iştirakı ilə əlavə tədqiqatlar aparmaq planlaşdırılır. (e-tibb.az)

COP29