Şəkinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində qalanın təmir-bərpa işləri aparılır.
Yenicag.az xəbər veri ki, bunu Trend-ə açıqlamasında Dövlət Turizm Agentliyinin baş memarı Nizami Qasımzadə deyib.
O bildirib ki, qalanın daxilində üç binada da təmir- bərpa işləri aparılır.
“Bunlar şəbəkə emalatxanası, diyarşünaslıq və qeyri yaşayış binasıdır. İlin sonuna qədər çalışacağıq ki, işləri başa çatdıraq. Bu binaların təmir-bərpa işlərindən sonrakı etaplarda Şəki Xan Sarayının bərpasına başlayacağıq”,- memar qeyd edib.