!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəkidə 1300 manatdan artıq dəyəri olan qızıl əşyalar oğurlandı

!Reklam – Yazi

Şirvanda evdən dəyəri 1300 manatdan artıq olan qızıl əşyalar oğurlanıb.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Yenicag.az-a verilən məlumata görə, ötən il dekabrın 16-da Şirvan şəhər sakini bir qadın “102 Zəng Mərkəzi” Xidmətinə zəng edərək ona məxsus fərdi yaşayış evindən ümumi dəyəri 1307 manat olan qızıl-zinət və məişət əşyalarının oğurlandığı barədə məlumat verib.

Məlumat müvafiq tədbir görülməsi məqsədilə aidiyyəti üzrə Şirvan Şəhər Polis Şöbəsinə göndərilib.

Şirvan ŞPŞ-nin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Şirvan şəhər sakini Yevgeni Vatolin və Hacıqabul rayon sakini Rəşad Ağamaliyev saxlanılıblar. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər. Oğurladıqları əşyaların bir qismi maddi sübüt kimi götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

www.yenicag.az

3069
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv