Şəkidə 4 tondan artıq çətənə kolu məhv edilib.
Bu barədə Yenicag.az-a DİN-in Mətbuat Xidmətinin Şəki Regional Qrupundan məlumtat verilib.
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Aşağı Daşağıl kəndində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 4 ton 370 kiloqram olan çətənə kolu yandırılaraq məhv olunub.