Şəkidə ağır qəza – 3 nəfər öldü, 5-i yaralandı

Şəkidə iki minik avtomobilinin toqquşması nəticəsində ölən və yaralananlar var.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Xaldan-Balakən avtomobil yolunun Oğuz rayonu istiqamətində olan kəsişmə nöqtəsində qeydə alınıb.

Hadisə nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Qəza zamanı iki “Mercedes” markalı avtomobil toqquşub. Qəzaya düşənlərdən ikisi hadisə yerində, daha biri isə Mingəçevir şəhər xəstəxanasında keçinib.

Yaralılardan 3 nəfəri Mingəçevir şəhər xəstəxanasına, digər ikisi isə Şəkiyə aparılıb.

Maşınlardan birində toydan qayıdan hərbçilər olub.